Xalq şairi Məmməd Araz səhnəmizdə

 

 

 

1981-ci ildə Azərbaycan KP MK-nın Hüseyn Cavidin 100 illiyinin təntənəli şəkildə qeyd olunması haqqında qərarında Naxçıvan teatrının ikinci səhnəsi kimiCavidPoeziya teatrının da yaradılması nəzərdə tutulmuşdu. 1982-ci ilin oktyabrında Naxçıvanda olan respublikanın rəhbəri Heydər Əliyev “CavidPoeziya teatrını da ziyarət etmiş, yaradıcı heyətlə görüşmüşdü.

Bir ay sonra – həmin ilin noyabrında təntənəli açılışı olan bu teatrda ilk tamaşalar dahi şair-dramaturqun pyesləri əsasında hazırlanmış səhnə əsərləri olmuşdur. Sonrakı illərdə isə burada müxtəlif şair və dramaturqların əsərlərinə müraciət olunaraq bir-birindən maraqlı tamaşalar hazırlanmışdır.

1986-cı ildə “CavidPoeziya teatrının növbəti yaradıcılıq uğuru Məmməd Arazın “Atamın kitabı” poeması və digər şeirləri əsasında hazırlanmış “Azərbaycan – dünyam mənim!” adlı tamaşa olmuşdur.

Vaxtilə “Atamın kitabı” haqqında ədəbi tənqidin söylədiyi qiymətli fikirlər arasında görkəmli ədəbiyyatşünas, professor Yaşar Qarayevin də özünəməxsus mülahizələri vardır. O, Məmməd Arazın 2002-ci ildə nəşr olunmuş ikicildlikSeçilmiş əsərləri”nə yazdığı ön sözdə bu əsəri belə dəyərləndirmişdir: “...Məmməd Arazın hələ “Atamın kitabı” poemasında... təbiət xəyala dalır, düşünür, dil açır və danışır. Vətənin tarixitaleyi kimi, əbədi, müqəddəs ana kimi, insanlığın özü və rəmzi kimi təhlil və tərənnüm olunur... “Atamın kitabı” yalnız sərlövhəsi ilə yox, məzmununun müəyyən məqamları ilə məşhur bir əsərin adını yadımıza salır. “Anamın kitabı”nda (Cəlil Məmmədquluzadə) təhlil olunan milliictimai ideallar təbii, gur işıq axarı kimi burada məhz təbiət adlanan aynada “sınır” və eyni vaxtda həm də təbiətdən “qayıdan” şüa kimi müştərək, qoşayaddaş yükü özündə cəm edir: Mən uca dağlara babam demişəm”.

Quruluşçu rejissor, o vaxt respublikanın Əməkdar artisti Vaqif Əsədov (Xalq artisti) eyni zamanda səhnələşdirmənin müəllifi kimi ədəbi materialdanşairin müxtəlif səpkili şeirlərindən məqsədəmüvafiq istifadə etməklə dolğun bir tamaşa ərsəyə gətirə bilmişdi. Onun rol bölgüsüuğurlu alınmış və hər bir aktyor öz rolunun öhdəsindən məharətlə gəlmişdi. Tamaşada poemanın məzmununa uyğun olaraq Məmməd Arazın ömür yolunun üç mərhələsi – uşaqlıq, gənclik və yetkinlik dövrü əks etdirilirdi. Şairin uşaqlığını Oqtay Əsədov, gəncliyini Elşad Allahverdiyev (Azərbaycan Radiosunun Səs fonduoperativ fonoteka şöbəsinin müdiri), yetkinlik dövrünü isə Əli Əliyev (Əməkdar artist) maraqlı oyun tərzilə ifa etmişdilər.

Əsas rollarda Naxçıvan teatrının mərhum sənətkarları – sonralar Azərbaycanın Xalq artisti adına layiq görülmüş Əkbər Qardaşbəyov (İnfil), Roza Cəfərxanova (Mahmud qızı), Zemfira Əliyeva və hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olan, Xalq artisti Naibə Allahverdiyeva (Gülsüm) iştirak etmişlər.

Digər rollarda isə xalq artistləri Həsən AğasoyKamran Quliyev, respublikanın əməkdar artistləri, eyni zamanda tamaşanın rejissor assistenti olan Tofiq Seyidov, Yusif Allahverdiyev, Cəvahir Məmmədova və Gülxar Məmmədova və Vaqif Əhmədov çıxış etmişdilər.

Burada qeyd etmək lazımdır ki, Vaqif Əhmədov sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsinə daxil olmuş, tələbə ikən Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Tamaşanın quruluşçu rəssamı Əli Səfərovun (muxtar respublikanın Əməkdar rəssamı) yığcam səhnə tərtibatı, hər bir dövrə uyğun geyimləri tamaşaçı zövqünü oxşaya bilirdi. Musiqi tərtibçisi Fazil Əsədov tamaşanın ideya və qayəsini açıqlayan gözəl melodiyaların səsləndirilməsinə nail olmuşdu.

Tamaşanın premyerası müəllifin iştirakı ilə 1986-cı il oktyabrın 14-də keçirilmişdi. Məmməd Araz baxışdan sonra onunla birlikdə ilk tamaşanın sevincini yaşayan bütün yaradıcı heyətə dərin minnətdarlığını bildirmiş, öz obrazını daha dolğun və təbii yaradan gənc aktyor Əli Əliyevi bağrına basaraq ona xüsusi təşəkkür etmişdövri mətbuatda ilk dəfə “Mədəniyyət” qəzetində çap olunan bu xatirə şəklini çəkdirmişdir.

 

Ələkbər QASIMOV,

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.1;6.