Sumqayıtda “Alovlu Qafqaz” festivalı

 

 

Sumqayıt şəhərindəki “Kimyaçılar” mədəniyyət sarayında “Alovlu QafqazUşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib. Festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və şəhər Təhsil şöbəsinin birgə dəstəyi ilə keçirilib.

Festivalda Azərbaycan və Gürcüstanı təmsil edən folklor kollektivləri və rəqs ansambllarının kollektivləri bir-birindən maraqlı geniş konsert proqramı ilə çıxış ediblər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblının ifasında Azərbaycan rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra festival iştirakçıları diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Sonda festivalın təşkilatçısı, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədli çıxış edərək göstərdiyi dəstəyə görə şəhər İcra Hakimiyyətinə, Sumqayıt Regional Mədəniyyət İdarəsinə və şəhər Təhsil şöbəsinə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.2.