Həsən Məmmədovun 80 illiyi qeyd olunacaq

 

 

Azərbaycan kinosunun “qızıl fondunu təşkil edən onlarla filmdə təkrarolunmaz, parlaq obrazlar yaratmış görkəmli aktyor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 ili tamam olur.

Sənətkarın 80 illiyi ilə bağlı ölkə başçısının sərəncamının icrasını təmin etmək üçün dekabrın 6-da Həsən Məmmədovun doğulduğu Salyan rayonunda tanınmış kino simalarının, ailə üzvlərinin iştirakı ilə yubiley gecəsi keçiriləcək.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.2.