Aşıq Şəmşirin yubileyinə həsr olunmuş saz-söz axşamı

   

 

Dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin 125 illik yubileyi qeyd ediləcək.

Yubiley gecəsində aşıq poeziyasının ən tanınmış nümayəndələri iştirak edəcəklər. Aşıqların ifasında ustad sənətkarın əsərləri səsləndiriləcək.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.2.