Rusiya Prezidenti Tahir Salahovu təbrik edib

 

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın   SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

Kremlin saytında yerləşdirilmiş məktubda deyilir: “Siz nadir istedad sahibi, genişmiqyaslı yaradıcılıq planları quran, sənətinə tələbat duyulan rəssam və pedaqoq kimi tanınmısınız, parlaq istedadlı şagirdlərinizin və davamçılarınızın bütöv bir nəslini tərbiyə etmisiniz. Sizin çoxplanlı, həmişə maraqlı sərgi və bərpa layihələrinin reallaşdırılmasına böyük töhfəniz, incəsənətə sədaqətiniz, əlbəttə, ən dərin hörmətə və ehtirama layiqdir”.

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.2.