Kinorejissor Arif Babayevin xatirəsi anıldı

 

Noyabrın 30-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Arif Babayevin (1928-1983) 90 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirildi.

Əvvəlcə sənətkarın yaradıcılığından bəhs edən, 2000-ci ildə ekranlaşdırılan Kinorejissor Arif Babayev sənədli filmi göstərildi.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək rejissorun milli kinomuzun inkişafında xidmətlərindən danışdı. Qeyd etdi ki, Arif Babayev rejissorluğa Azərbaycan Televiziyasında başlayıb, 1956-cı ildən Rauf Kazımovski, Kamil Rüstəmbəyov, İsmət Səfərəlibəyov kimi ustad rejissorlarla çalışıb. 60-cı illərdə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında fəaliyyətini davam etdirən görkəmli rejissor milli kino salnaməmizdə xüsusi yer tutan ekran əsərlərinə quruluş verib. Onun çəkdiyi Gün keçdi, Uşaqlığın son gecəsi, İnsan məskən salır, Alma almaya bənzər, Arxadan vurulan zərbə başqa filmlər geniş tamaşaçı rəğbəti qazanıb, bu gün böyük maraqla baxılır. Arif Babayev həmçinin bir sıra sənədli filmlərin ssenari müəllifi rejissoru olub.

Aktyor, rejissor, Əməkdar artist Elxan Qasımov sənətkarla bağlı xatirələrini bölüşdü: Dəyərli rejissorumuzun ekranlaşdırdığı filmlərdə çəkilməmişəm. Ancaq yoldaşlıq etmişik. O, çox səmimi insan idi. Bütün fikri işində, sənətində idi. Nadir hallarda ürəyini açar onu narahat edən məsələdən söz salardı.

Tədbirdə daha sonra xalq artistləri Ənvər Həsənov, Oqtay Mirqasımov başqaları çıxış edərək görkəmli sənətkarın fəaliyyətindən danışdılar. Qeyd etdilər ki, Arif Babayev yenilikçi rejissor idi. Onun ekranlaşdırdığı filmlərə baxarkən həmin yeniliklər fərdiliklər diqqətdən yayınmır...

Sonda görkəmli rejissorun qardaşı, Xalq artisti Vasif Babayev çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılara öz minnətdarlığını bildirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 5 dekabr.- S.6.