Musiqi məktəbi kollektivinin Gürcüstana səfəri

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin kollektivi Gürcüstanda növbəti dəfə səfərdə olub. Kollektiv məktəbin direktoru, Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində təşkil olunan, ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının da iştirak etdikləri tədbirdə kollektivin təqdimatında Qara Qarayevin və digər bəstəkarların əsərləri, xalq mahnı və muğamlarımızdan ibarət konsert proqramı maraqla qarşılanıb.

Səfər çərçivəsində məktəbin kollektivi Tbilisidəki Heydər Əliyev adına parkda ulu öndərin abidəsini də ziyarət edib.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.3.