İfa və təhlil edirik

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı növbəti konfrans keçirilib.

Bəstəkarın anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunan şagirdlərin III elmi-ifaçılıq konfransı “Muğam Fikrət Əmirovun yaradıcılığında” mövzusuna həsr olunub.

Budəfəki konfransa 22 nömrəli Niyazi adına, 3 nömrəli C.Hacıyev adına incəsənət məktəblərinin şagirdləri də qatılıblar.

F.Əmirov adına məktəbin direktoru, professor Adilə Yusifova bəstəkarın yaradıcılığında muğam təzahürləri barədə söz açaraq konfrans iştirakçılarına uğurlar arzulayıb.

Şagirdlər bəstəkarın fortepiano, fleyta, tar, klarnetbaşqa alətlər üçün pyesləri, “Sevil” operasından vals, “Yar üçün” mahnısını təqdim ediblər. BMA-nın tələbəsi L.Əsədova (professor Z.Quliyevanın sinfi) bəstəkarın “Muğam-poema” əsərini ifa edib.

 

Mədəniyyət.- 2018.- 7 dekabr.- S.5.