“Rəqs kaleydoskopunun qalibləri mükafatlandırıldı

 

 

Dekabrın 11-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kainat” Gənclik Mərkəzinin dəstəyi, “Mehriban” rəqs və vokal qrupunun təşkilatçılığı ilə reallaşan “Rəqs kaleydoskopu” adlı beynəlxalq festival-müsabiqənin finalçılarının çıxışı və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdə çıxış edən  Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə ilk dəfə gerçəkləşən layihə haqqında məlumat verdi. Qeyd etdi ki, yaradıcı gənclərin inkişaf prosesi məhz beynəlxalq müsabiqə və festivallarından keçir. Bildirdi ki, münsiflər heyəti festival-müsabiqəyə qatılmış yeniyetmə və gənclərin ifasında milli, folklor, müasirdünya xalqlarının rəqs nümunələrini dəyərləndirib, qalibləri müəyyənləşdiriliblər.

İlk festival-müsabiqənin xarici qonaqları qardaş Özbəkistan təmsilçiləridir. Bu qədim diyarın ayrı-ayrı vilayətlərindən müsabiqəyə qoşularaq gənc istedadlar Azərbaycandan olan öz həmyaşıdları ilə yaradıcılıq mübarizəsinə qoşulmaqla yanaşı, tədbirdə ustad dərslərində iştirak etmək imkan qazanıblar.

Sonra qaliblər mükafatlandırıldı. Ardınca festival-müsabiqənin finalçıları öz bacarıqlarını nümayiş etdirdilər.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.2.