Zamana şöhrətdir sənin qüdrətin”

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Prezident təqaüdçüsü, şair Süleyman Rzazadənin ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə tərtib etdiyiZamana şöhrətdir sənin qüdrətin” kitabının təqdimatı keçirilib.

Şair Əziz Musanın aparıcılığı ilə reallaşan tədbirdə diqqətə çatdırılıb ki, kitabda müxtəlif yaş qruplarından olan fərqli peşə sahiblərinin, həmçinin orta məktəb şagirdlərinin ulu öndərə həsr etdiyi bədii nümunələr toplanıb.

Şairlər Zeynal Vəfa, Dilqəm Quliyevkitabda şeirləri yer alan müəlliflər çıxış edərək ümummilli liderin Azərbaycanın inkişafı naminə gördüyü çoxsaylı işlərdən söz açıblar. Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.3.