Böyük sənət xiridarı

 

 

Bəstəkarlar İttifaqında ulu öndərin xatirəsi yad edildi

 

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr edilən musiqili mərasim keçirildi.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək ulu öndərin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında və dünyada tanınmasında əvəzsiz xidmətlərindən söz açdı. Bildirdi ki, ümummilli lider dərin  köklərə malik milli musiqimizin gözəl bilicisi idi. Görkəmli sənət adamlarının – bəstəkarların, ifaçıların musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, fəxri adlar, orden medallarla təltif olunması Heydər Əliyevin adı ilə bağlıdır.

Firəngiz Əlizadə qeyd etdi ki, dahi şəxsiyyətin görkəmli bəstəkarlar Qara Qarayev Fikrət Əmirovla çox səmimi münasibətləri var idi. Bu diqqət respublikamızdan kənarda da özünü göstərirdi. Fikrət Əmirov SSRİ Dövlət mükafatına layiq görülmüşdü.  Bu münasibətlə onun Kreml Sarayında “Min bir gecə” baleti  nümayiş etdirilirdi. Tamaşa öncəsi hamı bir-birindən soruşurdu. “Görəsən, Heydər Əliyev gələcək Yadımdadır, bir dəfə o, musiqiçilərə belə bir sualla müraciət etdi: “Doğrudanmı, Çaykovski Vaqnerin simfonik musiqisini qəbul edərək onun operada qüsurları olduğunu söyləyibHeydər Əliyevin sualını məşhur musiqişünas alim Elmira Abbasova cavablandırdı. Bu, Heydər Əliyevin musiqi sənəti ilə bağlı ən incə mətləbləri dərindən bilməsinə dəlalət edirdi...

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Heydər Əliyevə həsr olunmuş musiqi əsərlərinin janr təsnifatı” mövzusunda çıxış etdi. Bildirdi ki, respublikamızın bir çox görkəmli sənət adamı ulu öndərin fədakarlığından ilham alaraq maraqlı əsərlər yazıb. Sərdar Fərəcov Heydər Əliyevə ithaf olunmuş əsərlərdən Cövdət Hacıyevin “Onu zaman seçib”, Arif Məlikovun “Əbədiyyət” simfoniyaları, Vasif Adıgözəlovun “Azərbaycan” kantatası, Tofiq Bakıxanovun “Xatirə” poeması, Firəngiz Əlizadənin “İthaf” əsəri, Ramiz Mustafayevin “Atamız Heydər” özünün müəllifi olduğu “Böyük vətəndaş haqqında” odaları, Vasif Allahverdiyevin  “Ömür yolu” simfonik poeması digər nümunələri qeyd etdi.

Tədbirdə daha sonra Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Oqtay Rəcəbovun “Heydər” oratoriyasının üslub xüsusiyyətləri”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova “Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının inkişafı kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyeva “Heydər Əliyev müstəqillik illərində Azərbaycan musiqisi” mövzusunda çıxış etdilər.

Çıxışlardan sonra Azərbaycan Televiziyası Radiosunun “Bənövşə” Uşaq xorunun ifasında Xalq artisti Musa Mirzəyevin “Minnətdarlıq”, Əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun “Heydər babamız” mahnıları, Niyazi adına Simfonik orkestr C.Cahangirov adına xorun ifasında Oqtay Rəcəbovun “Heydər” oratoriyası səsləndirildi.

Çıxışlar alqışlarla qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.3.