İstanbuldan teatr mükafatı

 

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova İstanbuldaTiyatro” qəzeti tərəfindən təşkil edilən 5-ci Anadolu teatr mükafatlarının təqdimetmə mərasiminə qatılıb. B.Məmmədbəyova Azərbaycanda teatr təhsili sahəsindəki fəaliyyətinə görə mükafatla təltif olunub.

Tiyatro” qəzeti bu il bütün kateqoriyalar üzrə mükafatları qadın sənətçilərə təqdim edib. Məqsəd isə qadınlarla bağlı bütün müsbət və mənfi hadisələrin bir daha ictimaiyyətin diqqətinə çatdırılması, qadın əməyinin dəyərləndirilməsidir.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.5.