Bakıda isveçli rəssamın sərgisi

 

 

 

İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında Azərbaycan Mədəniyyət Nazirliyininİsveçin ölkəmizdəki səfirliyinin təşkilatçılığı və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə isveçli gənc rəssam Simon Arnsın fərdi sərgisi keçirilib.

Ekspozisiyanın açılışında çıxış edən İsveçin ölkəmizdəki səfiri Kristian Kamil bildirib ki, layihə ölkələr arasındakı mədəniyyət körpüsünün salınmasına yönəlib. 22 yaşlı Simon Arns ilk dəfə Bakıya gəlib.

Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Simon Arns öz üslubunu hərəkətin və kortəbiiliyin köməyi ilə reallığı dinamik şəkildə tutmaqla müəyyən edir. Onun yaradıcılığının əsas hədəfi geniş tamaşaçı kütləsinə yaxşı tanış olan heykəltəraşlıq şedevrləridir.

Eksperiment mənim üçün düşüncəni genişləndirən, yeni nə isə yaradan bir incəsənət ruhudur. Ola bilər ki, məhz bu səbəbdən hələ də insanları və heykəlləri çəkirəm”, - deyə Simon Arns bildirib.

 

Mədəniyyət.- 2018.- 12 dekabr.- S.8.