Milli mədəniyyətimizin himayədarı

 

 

 

Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş daha bir tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla BayramovaMilli mədəniyyətimizin himayədarı” mövzusunda çıxış edib.

Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova çıxışında Heydər Əliyevin Azərbaycanın incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, sənət adamlarına bəxş etdiyi ruh yüksəkliyindən danışıb. Sonra o, ümummilli liderin xatirəsinə ithaf etdiyi musiqi proqramını təqdim edib.

Tədbirdə “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” adlı sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.3.