“Mədəniyyət.AZ” jurnalının növbəti sayında

 

 

 

“Mədəniyyət.AZ” jurnalının növbəti sayı çapdan çıxıb. Nəşr builki ənənəsinə sadiq qalaraq, “Azərbaycan Cümhuriyyəti – 100” rubrikası ilə açılır.

Jurnalda professor Asif Rüstəmlinin “Mətbuat tariximizdən ilk səhifələr” araşdırması, Bakının işğaldan azad edilməsinin bir əsrlik yubileyi ilə bağlı yazı, Üzeyir Hacıbəylinin 1918-ci ildə “Azərbaycan” qəzetində işıq üzü görmüşNuru paşa həzrətləri şərəfinə böyük bir ziyafət” məqaləsi yer alıb.

“Ədəbiyyat” bölümündə XX əsrin nəhəng söz adamı Çingiz Aytmatovun 90 illiyinə həsr olunan yazıda Azərbaycan-qırğız ədəbi əlaqələrinə də işıq tutulur.     

“Portret”də Cavid yadigarı Turan xanım haqqında xatirələr verilib. Həmçinin Əməkdar elm xadimi Məhərrəm Qasımlının “Aşıqlığın Dədə Şəmşir ucalığı” və digər maraqlı yazılar dərginin bu sayında dərc olunub.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.7.