Şagirdlərin nailiyyətləri

 

 

3-10 dekabr tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Akademik xalqcaz musiqisiRespublika festivalı keçirilib. Festivalda  Sumqayıt Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi məktəblərinin şagirdləri də uğurla iştirak edib.

Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin IV sinif şagirdi Nuray Allahverdiyeva və III sinif şagirdi Fatimə Abasova festivalın diplomantları adına layiq görülüblər. Sumqayıt şəhər Q.Qarayev adına Uşaq musiqi məktəbinin şagirdləri Murad Muradov, Zemfira Zəkizadə, Aylin Rüstəmli və Aytac Vəlizadə tərifnamə ilə təltif olunublar.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.4.