“Əbədiyyət yolu” sənədli filmi nümayiş olunub

 

 

 

Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyyət yolu” adlı qısametrajlı sənədli filmin nümayişi keçirilib.

Ulu öndər Heydər Əliyevin həyat yolundan bəhs edən film Mədəniyyət  Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında lentə alınıb. Ekran əsərinin rejissoru İqbal Məmmədəliyevdir.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.3.