Bakı Ekspo Mərkəzində Tahir Salahovun yubiley sərgisi

 

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 14-dən 24-dək Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Milli incəsənətimizin zənginləşdirilməsi və təbliği işinə əhəmiyyətli töhfələr vermiş şəxsiyyətlərdən olan dünya şöhrətli rəssam Tahir Salahov 1928-ci il noyabrın 29-da anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Ali təhsilini əvvəlcə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində alıb. Sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.

Rəssamın əsərləri 1955-ci ildən etibarən çoxsaylı beynəlxalq, ümumittifaqrespublika miqyaslı sərgilərdə nümayiş olunub, dünyanın bir çox nüfuzlu muzey və qalereyalarında fərdi sərgiləri keçirilib.

2008-ci ildə rəssamın 80 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən dövlət səviyyəsində qeyd olunub. Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2011-ci il tarixli sərəncamına əsasən 2012-ci ildə İçərişəhərdə Tahir Salahovun ev-muzeyi fəaliyyətə başlayıb.

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.2.