Filarmoniyada ümummilli liderin xatirəsinə həsr olunmuş konsert proqramı

 

 

 

Böyük dövlət xadimi, dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim olundu.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazirliyin, eləcə Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri iştirak edirdi.

Xatirə konsertində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi.

Proqramda Üzeyir HacıbəylininKoroğluoperasından uvertüra, Qara QarayevinMatəm odası”, “Leyli Məcnunsimfonik poeması, Fikrət ƏmirovunAzərbaycan kapriççiosu”, Soltan HacıbəyovunKarvansimfonik lövhəsi, Asəf ZeynallınınMuğamsayağı”, Arif MəlikovunMəhəbbət əfsanəsibaletindən adajio Tofiq QuliyevinSənə qalmazəsərləri səsləndirildi.

Təqdim olunan ifalar ömrü boyu Azərbaycanın mədəniyyət incəsənətinə qayğı göstərən ulu öndərin əziz xatirəsinə minnətdarlığın musiqi dili ilə ifadəsi idi.

 

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 14 dekabr.- S.3.