Milli Kitabxanada yubiley sərgiləri

 

 

 

Milli Kitabxanada mütəmadi olaraq yubileyləri qeyd olunan mədəniyyət, elm, ədəbiyyat xadimlərinə, ictimai-siyasi xadimlərə həsr olunmuş sərgilər təşkil edilir.

Növbəti sərgi respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermiş Kamran Hüseynovun anadan olmasının 105-ci ildönümünə həsr edilib. Sərgidə Kamran Hüseynovun Azərbaycan və rus dillərində nəşr olunmuş kitabları, haqqında müxtəlif nəşrlər, qəzet və jurnal materialları nümayiş olunub.

Kitabxanada həmçinin dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illiyi və Azərbaycanın Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Bayramovun 100 illiyi münasibətilə sərgilər təşkil edilib.

 

Mədəniyyət.- 2018.- 19 dekabr.- S.6.