Bülbül adına məktəbin yubileyinə həsr edilmiş filmin təqdimatı

 

 

 

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta ixtisas musiqi məktəbinin 90 illiyinə həsr edilmiş sənədli filmin təqdimatı olub.

Əvvəlcə məktəbin direktoru, Xalq artisti Teymur Göyçayev çıxış edərək filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirib.

Məktəbin tarixi, fəaliyyəti və ənənələrindən bəhs edən film təhsil ocağının bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələri ilə yanaşı, hər dövrün ən yaddaqalan anlarını əhatə edir.

Premyeradan sonra məktəbin şagirdləri tərəfindən konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 19 dekabr.- S.4.