Vətən uğrunda
ölüm həyatın davamıdır
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi
ilə Sumqayıtın
Tarixi Muzeyində Milli Ordumuzun qəhrəman döyüşçüsü Akif Əbdüləli oğlu Mahmudovun xatirəsinə həsr olunmuş “Vətən uğrunda ölüm həyatın davamıdır”
adlı anım mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları,
mədəniyyət, təhsil
işçiləri, ictimaiyyət
nümayəndələri iştirak
edib.
Muzeyin əməkdaşı Səidə
Səfərova anım
mərasiminə toplaşanları
sumqayıtlı şəhidlərin
şəxsi arxivlərinin
toplandığı daimi
ekspozisiya ilə tanış edib. Elmi katib
Sənurə Lazımova
Akif Mahmudovun həyatı
və şərəfli
döyüş yolu haqqında ətraflı məlumat verib.
Regional idarənin məsləhətçisi
Eldar Hüseynov, muzeyin direktoru Olya İslamova, şəhidin
vaxtilə təhsil aldığı 16 saylı tam orta məktəbin direktoru Niyaz Süleymanov, şəhidin cəbhə
yoldaşı Maarif Musaoğlu
çıxış ediblər. Diqqətə
çatdırılıb ki, 2005-ci ildə
ölkə başçısının sərəncamı
ilə şəhid Akif Mahmudov
“Azərbaycan Bayrağı” ordeni ilə təltif
olunub. 4 və 14 saylı məktəbin,
“Təfəkkür” liseyinin şagirdlərinin
ifasında şeirlər səslənib.
Mədəniyyət.- 2018.- 19
dekabr.- S.5.