Dahi bəstəkarın yubileyi ilə bağlı yekun konsert və sənədli filmin təqdimatı

 

 

 

Qara Qarayevin 100 illiyi haqqında ölkə başçısının sərəncamına uyğun olaraq 2018-ci ildə dahi bəstəkarın yubileyi ilə əlaqədar Azərbaycanda, eləcə də xaricdə tədbirlər keçirilib.

Yubiley tədbirlərinin yekunu olaraq dekabrın 19-da Beynəlxalq Muğam Mərkəzində kamera konserti keçiriləcək. Konsertdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, o cümlədən istedadlı gənc vokalçı, Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin “Ümiddiplomuna layiq görülmüş Mahir Tağızadə çıxış edəcək.

Proqramda bəstəkarın skripkafortepiano üçün sonatası, fortepiano prelüdləri, səs və fortepiano üçün 3 noktürn və digər əsərləri səslənəcək.

Eyni gündə Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə Rusiyanın “DİVİ” teleşirkəti tərəfindən çəkilmiş “Qara Qarayev. Yol” sənədli filminin təqdimatı keçiriləcək.

 

Mədənitytət.- 2018.- 19 dekabr.- S.2.