Uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konsert proqramı

 

 

Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasında BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş tədbirin bədii hissəsində konsert proqramı ilə çıxış edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan orkestr on ilə yaxındır ki, fəaliyyət göstərir. Orkestrin bədii rəhbəri baş dirijoru Xalq artisti, professor Ağaverdi Paşayevdir.

Daim maraqlı konsert proqramları ilə çıxış edən orkestr bu dəfə dinləyicilərin zövqünü oxşayıb. Solistlərbeynəlxalq respublika müsabiqələri laureatları Murad Allahverdili (ksilofon), İsmayıl Əsədli (vokal), Ataxan Əliağayev (balaban), Lalə İbrahimova (vokal), Gülarə Ramazanova (kamança), Kamran Səmədov (zurna), Atlas Mehdiyeva (xanəndə), Zakir Allahverdili (qoboy), Əli Məmmədli (saz), Əlipaşa Şahgəldiyev (truba), Mirəli Əlizadə (tar), Nəzrin Cəfərzadə (kamança) Qalaritm qrupu (solistlər Rəşad Quluzadə, Eldar Yarıyev, Nurlan Allahverdiyev Qamət Əliyev) öz ifaları ilə tamaşaçıların rəğbətini qazanıb.

Sonda UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin orkestrin üzvlərinə gözəl musiqi axşamına görə öz minnətdarlığını bildirib və kollektivə təşəkkürnamə təqdim edib.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.3.