Sovet İttifaqı Qəhrəmanlarına həsr olunur

 

 

Milli Kitabxanada Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Əməkdar elm xadimi, akademik Ziya Bünyadovun anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb. Sərgidə akademikin Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş əsərləri, redaktoru, tərtibçisi olduğu, rəy verdiyi və haqqında yazılan kitablar nümayiş olunub.

Eyni zamanda, Milli Kitabxanada Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan, rus və digər dillərdə Mehdi Hüseynzadə haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.2.