Arif Məlikovun 85 illiyi münasibətilə konsert

 

Böyük bəstəkar, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illik yubileyi münasibətilə dekabrın 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsert keçirilib.

Konsertin aparıcısı musiqişünas Leyla Həsənova bəstəkarın həyat yaradıcılığı haqqında ətraflı məlumat verib. Sonra bəstəkarın fortepiano əsərlərindən, balet musiqisindən, eləcə kino musiqisindən nömrələr məktəbin şagirdləri müəllimləri tərəfindən səsləndirilib.

A.Məlikovun həmçinin istedadlı rəssam olması nəzərə alınaraq məktəbin rəsm şöbəsi şagirdlərinin əl işləri nümayiş etdirilib. Ekranda yubilyar sənətkarın həyat yaradıcılığını əks etdirən foto-slayd, əsərlərindən fraqmentlər, həmçinin bəstəkar haqqında digər görkəmli şəxslərin fikirləri təqdim olunub.

Tədbirdə qonaq qismində iştirak edən A.Məlikovun tələbələrindən Ceyhun Allahverdiyev və Gülnarə Məmmədova öz təəssüratlarını bölüşüblər. Ceyhun Allahverdiyev müəllimi haqqında xatirələrini söyləyib və öz əsərlərindən ibarət bir neçə kitabı məktəbin kitabxanasına hədiyyə edib.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.5.