Dünya bestselleri Azərbaycan dilində

 

 

 

Amerika yazıçısı Oq Mandino (1923-1996) dünyada “satışlar qurusukimi tanınan, kitabları bestseller olan müəllifdir. Onun kitabları 20-dən çox dildə 50 milyona yaxın tirajla çap olunub. Yazıçının ən məşhur “Dünyanın ən böyük satıcısı” kitabını artıq Azərbaycan dilində də oxumaq olar. Dünya bestsellerini dilimizə Sadiq Musa çevirib.

Kitab müəllifin fərdi inkişaf sahəsində qələmə aldığı ən təsirli əsərlərdən biridir. Bu mövzuda digər nəşrlərdən fərqli olaraq, Oq Mandino bu əsəri hekayə dili ilə yazıb, bütün hadisə və situasiyalar olduqca canlı, təsirli, öyrədici təsvir olunub. Əsərdə əsas diqqət bu gün kim olduğunuza deyil, sabah nəyə başlayacağınıza yönəldilib.

Ticarət karvanında dəvələrə qulluq edən gənc Hafid ustadı, tacir Patrosun ona verdiyi, min illərin uğur sirlərinin qələmə alındığı nadir perqamentlərdəki həyat fəlsəfəsi ilə dünyanın ən böyük satıcısına çevrilir. Bu həyatda hər kəsin qazanacağı uğur özünü, bacarıqlarını başqalarına necə təqdim edəcəyindən birbaşa asılıdır...

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.7.