Polad Bülbüloğlu yenidən MDB Humanitar Əməkdaşlıq Fonduna rəhbər seçilib

 

 

 

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu növbəti dəfə yekdilliklə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə Heyətinin sədri seçilib.

Dekabrın 18-də Moskvada MDB DHƏF İdarə Heyətinin, MDB Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının birgə iclası keçirilib. İclasda DHƏF İdarə Heyətinin həmsədri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Humanitar Əməkdaşlıq Şurasının sədri, Tacikistan Prezidentinin köməkçisi Əbducabor RahmonzodaMDB-nin rəhbər humanitar əməkdaşlıq orqanlarının digər üzvləri iştirak ediblər.

İclasda 2019-cu ildə DHƏF-in dəstəyi ilə həyata keçiriləcək dövlətlərarası layihələrin siyahısı təsdiq olunub. Fondun ənənəvi aksiyaları (Yaradıcı və elmi ziyalıların forumu, “Birliyin ulduzları” və “Debütlər birliyi” mükafatları, “Minsk təşəbbüsü” kompleks layihəsi və s.) ilə yanaşı, DHƏF-in dəstəyi ilə ilk dəfə keçiriləcək tədbirlər də plana daxil edilib. Onların arasında “Dünya xalqlarının eposu” Beynəlxalq festivalı, “Qayaüstü mədəniyyət: mif, rəsm, dünyaelmi seminarı kimi layihələr var.

2020-ci ildə qeyd olunacaq faşizm üzərində Qələbənin yubileyi ərəfəsində hazırlıq işlərinə də böyük diqqət yetirilməsi nəzərdə tutulur. 2019-cu ilin planına ümumilikdə 80-dən çox tədbir-layihə daxil edilib.

İclasda qəbul olunmuş daha bir mühüm qərar DHƏF İdarə Heyəti sədrinin seçilməsi olub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu növbəti dəfə yekdilliklə bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən M.Şvıdkoy vurğulayıb: “Sabitlik inkişafa əngəl deyil”.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.4.