Qan yaddaşımız İrəvan teatrının repertuarında

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Quba, Sabirabad, Ağcabədi (Taxtakörpü qəsəbəsi), İmişliSamux rayonlarında qastrol səfərində olub. Teatrın kollektivi dekabrın 19-da yekunlaşan qastrolda şair-dramaturq İftixarın Soyqırımı tarixinin dastanı tamaşasını göstərib.

Tamaşanın quruluşçu rejissoru, səhnə tərtibatçısı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Güney Əliyeva, Gültac Əsgərova, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdiyev və Bəhruz Hikmətoğlu çıxış ediblər. Qan yaddaşımızdan bəhs edən tamaşa izləyicilərdə maraq doğurub.

İrəvan teatrının dekabrın 25-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində təqdim edəcəyi Ölüm həsrəti tamaşası da bu mövzuya həsr olunub. Yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında hazırlan tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

 

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.5.