Vaqif Mustafazadənin əsərləri səsləndirilib

 

 

 

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim edilib.

Mədəniyyət NazirliyiVaqif Mustafazadə adına Fondun təşkilatçılığı ilə gerçəkləşən konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri “Vaqifə ithaf” əsərini səsləndirib.

Daha sonra respublikanın tanınmış caz ustaları Emil Əfrasiyab, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, İsfar Sarabski, Mircavad Cəfərov və caz festivallarının laureatları çıxış ediblər. Caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 21 dekabr.- S.6.