Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi qeyd olunacaq

 

 

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində əlamətdar yubiley münasibətilə tədbir keçiriləcək.

Tədbirdə əvvəlcə mərkəzin muzey hissəsində “Qədim musiqi alətləri ekspozisiyası”nın təqdimatı olacaq. Sonra görkəmli muğam ustadlarının büstlərinin qarşısında “İnteraktiv lövhələr” təqdim ediləcək.

Ardınca “Müasir musiqi alətləri ekspozisiyası”nın təqdimatı keçiriləcək. Həmçinin foyedə “Əsrlərin sədası” ansamblının çıxışı olacaq.

Yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzinin salonunda muğam konserti ilə davam edəcək.

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.1.