Görkəmli bəstəkarın yaradıcılığı haqqında yeni kitab

 

 

 

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” adlı kitabı nəşr olunub.

Üç fəsildən ibarət kitab bəstəkarın kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edir.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab nazirliyin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.3.