Ordum varsayurdum var

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin klubunda F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Cəmşid Naxçıvanski adına Hərbi liseyin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş “Açıq dərs – açıq fikir” layihəsi çərçivəsində “Ordum varsayurdum var” adlı tədbir keçirilib.

Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov ordumuzun tarixi haqqında danışıb. Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla QəmbərovaAçıq dərsaçıq fikirlayihəsi haqqında məlumat verib.

Sonra Cümhuriyyət dövründə yaranmış Milli Ordumuzun tarixini əhatə edən kompozisiya sual-cavablar təqdim olunub. Kursantların hərb tariximiz haqqında suallara cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Fərqlənənlər diplom, fəxri fərman hədiyyələrlə mükafatlandırılıb.

Tədbirdə tarixçi alim Firdovsiyyə Əhmədova, Ali Hərbi Akademiyanın ehtiyatda olan polkovniki Mehman Süleymanov, tarixçi professor Tofiq Nəcəfli, Bakı Dövlət Universitetinin professoru Rafiq Qurbanov, digər qonaqlar iştirak edib.

Sonda qonaqlar Respublika Uşaq Kitabxanası tərəfindən tərtib edilmişOrdum varsayurdum var” adlı kitab sərgisi ilə tanış olublar.

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.3.