“Qəribə adam”ın premyerası

 

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi Mərkəzi Mədəniyyət evində görkəmli türk şairi, yazıçı-dramaturq Nazim Hikmətin “Qəribə adam” əsəri əsasında hazırlanan tamaşanın premyerasını təqdim edib.

Premyeranı Binəqədi qəsəbə sakinləri, 182 saylı tam orta məktəbin müəllim və şagirdləri izləyiblər. Tamaşa alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmrulla Nurullayev, Məmməd ZeynalovArzuman Tanrıverdiyev çıxış ediblər.

 

Mədəniyyət.- 2018.- 26 dekabr.- S.2.