“Naməlum dahinin çəkilişləri başlanıb

 

 

Mədəniyyət Nazirliyinin bu il keçirdiyi qısametrajlı layihələr müsabiqəsinin qalibləri “Azərbaycanfilm” kinostudiyasının bazasında ekran əsərlərinin istehsalını davam etdirirlər. Bu günlərdə daha bir filmin çəkilişinə başlanılıb.

Bravoprodüser mərkəzinin müsabiqəyə təqdim etdiyi “Naməlum dahi” adlı film fantastika janrındadır. Kino əhvalatında hadisələr bizim zamanda və 450 il sonra baş verir.

Filmin rejissoru Kamran Adıgözəl, ssenari müəllifi Mübariz Nağıyev, operator Fahir İmanquliyevdir. Baş rolları Elşən Rüstəmov, Eyvaz İbrahimov və Sərdar Rüstəm ifa edirlər.

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.4.