Aşıq Cəlilin 150 illiyi qeyd olunub

Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Aşıqlar Birliyi Dərələyəz Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Dərələyəzli ustad Aşıq Cəlil mövzusunda tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq Cəlili aşıq havası ilə öz adını Azərbaycan aşıq sənətinin tarixinə əbədi yazmış aşığın həyat yaradıcılığından danışıb. Bildirib ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış aşığın yaradıcılığı uzun müddət tədqiqatdan kənarda qalıb yalnız son 30 ildə onun barəsində müəyyən araşdırmalar aparılıb. Bildirilib ki, Qərbi Azərbaycanın Dərələyəz mahalında doğulmuş Aşıq Cəlil ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində 1918-ci ildə Naxçıvana köçüb burada aşıq yaradıcılığının inkişafında mühüm xidmətlər göstərib.

M.İmanov Aşıq Cəlil haqqında məlumatların əsasən xatirələr, rəvayətlər, şeirlər aşıq havalarından öyrənildiyini, onun şeir yaradıcılığının az bir hissəsinin yaşadığımız dövrə gəlib çatdığını söyləyib. Qeyd edib ki, özünəməxsus musiqi yaradıcılığı ilə seçilən aşığın yalnız 12 saz havası tədqiqatçılar tərəfindən müəyyənləşdirilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Dərələyəz Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədr müavini Sevindik Hüseynov Aşıq Cəlilin yaradıcılığının xarakterik xüsusiyyətlərindən danışıblar.

Tədbirdə Cəlili aşıq havaları haqqında, Şahablı Aşıq Cəlil Sallılı Aşıq Cəlil: oxşar adlar, oxşar talelər, Dərələyəz aşıq mühiti Aşıq Cəlil, Dərələyəzli Aşıq Cəlilin soykökü, Aşıq Cəlil yaradıcılığı Dərələyəzli Aşıq Cəlil: bildiyimiz bilmədiyimiz həqiqətlər mövzularında məruzələr dinlənilib.

Aşıqlar Birliyi sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Aşıq Altay Cəlili havalarını ifa edib.

 

Mədəniyyət.- 2018.- 28 dekabr.- S.6.