Mərkəzi incəsənət məktəbində yubiley konserti

Fevralın 5-də Qara Qarayev adına Mərkəzi incəsənət məktəbində görkəmli bəstəkar, akademik, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert keçiriləcək. Konsertin təşkilatçısı məktəbin müəllimi, musiqişünas Leyla Həsənovadır. Tədbir zamanı böyük bəstəkarın həyat və yaradıcılığı haqqında söhbət açılacaq, videoçarxlar göstəriləcək.

Konsert proqramında İpək Yolu kamera orkestri (bədii rəhbər - Əməkdar artist Vaxtanq İmanov), Xalq artisti Rasim Abdullayevin rəhbərliyi altında simli kvintet, əməkdar artistlər Əziz Qarayusifli, İlqar Hacıyev, Əyyub Əliyev, Nadir Məlikov, Aleksey Miltıx, həmçinin Mərkəzi incəsənət məktəbinin müəllimləri Q.Qarayevin müxtəlif əsərlərindən ibarət rəngarəng nömrələr təqdim edəcəklər.

 

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.5.