Gənc ədiblər məktəbinin 10 yaşı qeyd olunub

 

 

   Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc ədiblər məktəbinin yaranmasının 10 illiyinə həsr edilmiş tədbir keçirilib. AYB-nin katibi, məktəbin yaradıcısı Rəşad Məcid qurumun fəaliyyəti dövründə onlarla istedadlı gəncin ədəbi mühitə cəlb olunmasına, tanınmasına böyük təkan verildiyini bildirib.

   Qeyd edib ki, on yaşı tamam olan yaradıcılıq məktəbi yetirmələrinin sorağı ədəbiyyat və mədəniyyət tədbirlərindən, yeni kitabların, mətbuat vasitələrinin səhifələrindən gəlir.

   Sonra Gənc ədiblər məktəbinin üzvlərinə diplomlar təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.6.