Növbəti Buktreyler festivalına start verilir

 

 

   2016-cı ildə Azərbaycanda kitaba mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler festivalı təsis edilib iki ildir ki, uğurla həyata keçirilir. Festival Mədəniyyət Turizm Nazirliyinin təşkilati Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq kitab günü (23 aprel) ərəfəsində reallaşır.

   Buktreyler festivalının təsisçisi, aktyor Ruslan Sabirlinin bildirdiyinə görə, cəmi iki il keçirilməsinə baxmayaraq festivalda iştirak üçün müraciət edənlərin sayı ildən-ilə artır. Keçən il hətta bir qrup gənc bəstəkar buktreylerlərə təmənnasız musiqi yazmaq üçün müraciət edib maraqlı əməkdaşlıq yaranıb. Bütün bunlar, əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb olmasından xəbər verir.

   Keçən il olduğu kimi, bu il Mədəniyyət Turizm Nazirliyinin festivalın keçirilməsinə təşkilati dəstək verəcəyini deyən R.Sabirli layihənin reallaşmasına görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib.

   Buktreyler - kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarxya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklaminternet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.

   Festival barədə ətraflı məlumatı www.booktrailer.az saytından layihənin facebook səhifəsindən əldə etmək olar. İşlərin son qəbul tarixi 8 aprel 2018-ci ildir.

  

Mədəniyyət.- 2018.- 2 fevral.- S.8.