Azərbaycanlı rəssamın Brüsseldə sərgisi açılıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Marketinqkommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin Belçikanın paytaxtı Brüsseldə fərdi sərgisi açılıb.

UNEC-dən bildirilib ki, Brüsseldə yerləşən Avropa Karikatura Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə S.Cəfərlinin beynəlxalq müsabiqələrdə uğur qazanmış 130-dan çox karikaturası nümayiş etdirilib. Böyük maraqla izlənilən karikaturalar əsasən sosialekoloji mövzulara həsr olunub.

Sərgi aprelin 8-dək davam edəcək.

Yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Kirpi jurnalında başlayan S.Cəfərli 40-dan çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olub. Onun beynəlxalq karikatura müsabiqələrində bir çox əsərləri sərgilənib albomlarda dərc edilib. Rəssam dəfələrlə beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatına layiq görülüb. Belçika, Türkiyə, Fransaİranda fərdi sərgiləri təşkil olunub.

 

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.6.