Baku Guide kataloqunun fevral sayı çapdan çıxıb

Yaddaqalan istirahət, tarix müasirliyə səyahət həvəskarları, qurmanlar sənətsevər turistlər üçün maraqlı bələdçi

Paytaxtımıza təşrif buyuran xarici qonaqlara, eləcə ölkə vətəndaşlarına hər yöndən bələdçilik edən, şəhəri bütün gözəllikləri ilə tanıdan Baku Guide kataloqunun 2018-ci il fevral buraxılışı nəfis tərtibat, dizayn yenilənmiş formatda çapdan çıxıb.

İngilis rus dillərində hazırlanan kataloq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmış xüsusi əmtəə nişanı ilə Baku Guide MMC tərəfindən nəşr olunur.

Kataloqun bu sayı da maraqlı yazılar, illüstrativ materiallar, diqqətəlayiq məlumatlar, faydalı informasiyalarla zəngindir.

Nəşrin Bakını kəşf et bölməsində Azərbaycanın qış marşrutları - paytaxtdan 3-4 saatlıq yol olan Şamaxı, İsmayıllı Xınalığa (Quba) səyahət, ölkəmizin qış turizmi ekstremal idman imkanları barədə söhbət açılır, Bakının qış menyusu - mövsümün ləziz milli mətbəx nümunələrindən bəhs olunur. Bölmədə həmçinin gənclərin aktiv istirahəti, balacalar üçün əyləncə mərkəzləri barədə məlumat verilir. Bakının musiqili axşamları yazısı milli xarici musiqilərin müşayiəti ilə nahar şam etmək istəyənlərə ünvanlanıb.

Azərbaycan Müasir İncəsənət Muzeyindəki avanqard ənənələr yazısı, xalçalarla maraqlı instalyasiya 3D əsərlər yaradan rəssam Faiq Əhmədin ekspozisiyası haqqında material sənətsevər səyahətçilərin xüsusilə diqqətini çəkəcək. Onlar üçün kataloqun Sənət mədəniyyət bölməsində daha çox informasiya var. Ənənəvi olaraq bu bölmədə ay ərzində paytaxtın mədəniyyət müəssisələrində keçiriləcək tədbirlər, teatrların, muzeylərin, qalereyaların, konsert salonlarının repertuarı yer alır. Bu məlumatları hər bir mədəniyyət sənət məkanı haqqında yığcam dolğun tanıtım mətnləri müşayiət edir.

Yemək içkilər bölməsində paytaxtın yerli dünya mətbəxi nümunələri təklif edən məşhur restoran kafeləri, bar pabları barədə informasiyalar, düşbərədən xingala, xaş pitidən dolmayadək Azərbaycan mətbəxinin ləziz yeməkləri haqqında yazılar verilib.

Şopinq bölməsi şəhərimizin həm istirahət, həm ticarət həvəskarı olan qonaqlarına bələdçilik edir. Burada Bakının iri ticarət mərkəzləri, milli suvenirlər brend mallar təklif edən mağazaları barədə zəruri məlumatlar almaq olar.

Kataloqun Əyləncə bölməsində şəhərdəki kino nümayişi məkanları, gecə klubları, müxtəlif sərgilər barədə xəbərdar, eləcə Bakı şəhər turunun (Baku City Tour) marşrutu ilə tanış olmaq mümkündür.

Görməli yerlər tarixi abidələr bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə, şəhərin ultramüasir tikililərini, yeni simvollarını seyr etməyə dəvət edir.

Kataloqun ənənəvi İnfo-bələdçi bölməsində turistlər üçün zəruri bilgilər, ASAN Viza Tax Free xidməti haqqında informasiyalar, hotellərin, səfirliklərin, turizm informasiya mərkəzlərinin ünvan telefonları təqdim olunur.

Baku Guide bələdçi kataloqunun fevral sayında həmçinin tariximizin qan yaddaşı - 1992-ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində yaşanan faciə, erməni qəsbkarlarının törətdiyi qırğın haqqında ingilisrus dillərində məlumat verilir, Xocalı soyqırımının bəşəriyyətin vicdanında bir qara ləkə olduğu vurğulanır.

 

Mədəniyyət.- 2018.- 2 fevral.- S.16.