Növbəti müsabiqə, daha bir uğur

 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 5-ci sinif şagirdi Şirin Əmiraslanova 28 yanvar - 4 fevral tarixlərində Estoniyanın Narva şəhərində keçirilən gənc pianoçuların Şopen adına beynəlxalq müsabiqəsində uğurla iştirak edib. Müsabiqəyə 15 ölkədən 60-dək iştirakçı qatılıb. Özünəməxsus zərif ifası, musiqi duyumu ilə münsiflər heyətinin təqdirini qazanan Şirin müsabiqənin diplomantı adına layiq görülüb.

Dəfələrlə beynəlxalq müsabiqələrin laureatı və diplomantı olan Şirin Əmiraslanova BMA-nın professoru, məktəbin əvəzçi müəllimi Siala Sinamdzqvarişvilinin yetirməsidir.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.4.