Yaradıcı və istedadlı gənclər mükafatlandırılıb

 

   Onların arasında Milli Dram Teatrının rejissoruMusiqili Teatrın aktrisası da var

  

   Fevralın 2-də Gənclər günü münasibətilə “Buta Palasda təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gəncləridman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

   Mərasimdə Prezident İlham Əliyevin 2018-ci il 2 fevral tarixli sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il gənclər üçün Prezident mükafatları təqdim olunub.

   Tədbirdə, həmçinin uğur qazanan, dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər mükafatlandırılıb.

   Gənclər və İdman Nazirliyi tərəfindən təltif olunanlar arasında Akademik Milli Dram Teatrının rejissoru Əlif Cahangirli və Dövlət Musiqili Teatrının aktrisası Aydan Həsənova da var.

   Əlif Cahangirli 1992-ci ildə anadan olub. 2010-2014-cü illərdə Mədəniyyət İncəsənət Universitetində Xalq artisti, professor Azər Paşa Nemətovun kursunda rejissor sənətinə yiyələnib. Moskvada Rusiyanın tanınmış rejissorlarından ustad dərsləri alıb. 2015-ci ildən Milli Dram Teatrında fəaliyyətə başlayıb. Xalq artisti Azər Paşa Nemətovun rəhbərliyi altında rejissor Anar Babalı ilə birlikdə C.MəmmədquluzadəninÖlülər”, C.CabbarlınınAlmaztamaşalarını, uşaqlar üçünBuzlar ölkəsi C.RodarininÇipollinonağıl-tamaşasını hazırlayıb.

   İlin gənc aktrisasınominasiyasında mükafatlandırılan Aydan Həsənova Musiqili Teatrda “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Silva” s. tamaşalarda oyunu ilə sənətsevərlərin rəğbətini qazanıb. 2016-cı ildə Yekaterinburqda V.Kuroçkin adına Gənc operetta musiqili teatr artistlərinin VI Beynəlxalq müsabiqəsində üçüncü yerə layiq görülüb.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.4.