Füzuli teatrında “Qatil” səhnəyə qoyulub

 

   Füzuli Dövlət Dram Teatrında Xalq yazıçısı Elçinin "Qatil” əsərinin tamaşasına ictimai baxış olub.

   Teatrın baş rejissoru Asif Şirinovun quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.

   Rollarda teatrın aparıcı aktyorları İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov, Sevinc Məmmədova çıxış edir.

   Səhnə əsəri yaxın günlərdə Horadiz şəhərində, həmçinin rayonun işğaldan azad olunmuş kəndlərində tamaşaçılara təqdim olunacaq.

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.5.