Görkəmli musiqişünaspedaqoq haqqında kitab

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bilqeyis xanım Məmmədova-Qarayeva haqqında xatirələr. Mənalı ömrün salnaməsi” kitabı nəşr olunaraq musiqisevərlərin ixtiyarına verilib.

   Kitab Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndəsi, həyatını pedaqogikamusiqi elminə həsr etmiş Bilqeyis xanım Məmmədova-Qarayeva haqqındadır. Nəşrdə musiqişünasın zəngin ömrünün bütün dövrlərini əhatə edən fotoşəkillər də verilib.

   Kitabın tərtibçi-redaktoru Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Rəşid Şəfəqdir.

   “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab nazirliyin tabeliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.

  

Mədəniyyət.- 2018.- 7 fevral.- S.6.