Yerlərdə vətəndaşlarla görüşlər bir çox məsələlərin operativ həllinə imkan yaradır

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay ölkəmizin şəhər və rayonlarında vətəndaşların qəbulunu həyata keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də 2017-ci ildə respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə əsasən, yerlərdə sakinlərlə görüşüb, onların şikayət və müraciətlərini dinləyib.

Nazir tərəfindən ötən il Gəncə və Sumqayıt şəhərlərində, Ağdaş, İsmayıllı, Lənkəran, Xaçmaz, Şəmkir, Şəki, Kürdəmir, Biləsuvar, YevlaxSabirabadda vətəndaşların qəbulu keçirilib.

Qəbullarda 64 şəhər və rayondan vətəndaşlar iştirak edib

Ümumilikdə, ötən il ərzində 12 şəhər və rayonda keçirilən səyyar qəbullarda ölkəmizin 64 şəhər və rayonundan olan 237 vətəndaş iştirak edib.

Qəbulların keçiriləcəyi barədə öncədən kütləvi informasiya vasitələrində məlumat verilib, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı aparılıb. Vətəndaşlar mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı və telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də müvafiq regional mədəniyyət və turizm idarələrinə müraciət etməklə qəbula yazılıblar.

Səyyar qəbullar yerlərdə problemlərin öyrənilməsi və vətəndaşların mədəniyyət və turizm sahələrində fəallıqlarının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Vətəndaşların qəbulu zamanı daxil olan müraciətlər müxtəlif mövzuları əhatə edib. Qəbullarda vətəndaşlar mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, regionlarda turizmin inkişafı, uşaq musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Turizm sahəsində diqqətçəkən məsələlər sırasında turistik məkanlar, tarixi yer və abidələrlə bağlı göstərici nişanlarreklam lövhələrinin hazırlanması, qədim tarixi abidələrin və yaşayış məskənlərinin tədqiq edilməsi, abidələrlə bağlı internet portalının yaradılması kimi təkliflər irəli sürülüb.

Mədəniyyət sahəsini əhatə edən təkliflər arasında Heydər Əliyev mərkəzlərinin, muzeylərin, rəsm qalereyaları və kitabxanaların fondlarının zənginləşdirilməsi, mədəniyyət mərkəzlərinin bədii və sənədli filmlərlə təmin olunması məsələləriyer alıb.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdikləri görüşlərdə vətəndaşların müraciətləri, xahiş və təklifləri diqqətlə dinlənilib. Müraciətlərin icrasının vaxtında və keyfiyyətlə təmin edilməsi üçün hər bir ərizə xüsusi nəzarətə götürülərək qeydiyyata alınıb. Müraciətlərin bir qismi yerində həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Regional mədəniyyət və turizm idarələrinin tabeliklərində olan mədəniyyət müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair müraciətlər nəzərə alınaraq nazirlik tərəfindən lazımi kömək göstərilib, onlar inventar və avadanlıqlarla, musiqi alətləri, milli rəqs geyimləri, çap məhsulları və digər təsərrüfat malları ilə təmin olunublar.

Ümumilikdə 237 müraciətdən 231-i tam icra olunub, 6-sı isə hazırda icra olunmaqdadır. Həmçinin işlə təmin olunma barədə təkliflər öz müsbət həllini tapıb.

Maraqlı layihələr icra olunub

Son illər ölkəmizdə məhsul bayramlarının, mətbəx nümunələrinə həsr olunmuş festivalların keçirilməsi ənənə halını almaqdadır. Belə festivallar regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi, eləcə də turizmin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Ölkəmizin müxtəlif regionlarında təşkil edilən festivallar yerlixarici turistlərin böyük marağına səbəb olmaqla yanaşı, Azərbaycan xalqının milli adət-ənənələrinin və kulinariya nümunələrinin təbliğində mühüm rol oynayır.

Yerlərdə vətəndaşlarla görüşlər zamanı bəzən sadə bir rayon sakininin qaldırdığı məsələ rayon, respublika miqyasında xüsusi əhəmiyyətə malik olur. Belə təkliflər daim diqqət mərkəzində saxlanılır, onlardan geniş istifadə olunaraq tədbirlər, layihələr həyata keçirilir. Məsələn, Oğuz rayonu Baş Daşağıl kənd klubunun müdiri Rəhim Abdurəfiyevin rayonda müalicəvi otların təbliği məqsədilə Şəfa bayramının, Zaqatala Mədəniyyət mərkəzinin əməkdaşı Aysel Yusubovanın rayonda Fındıq festivalının keçirilməsi barədə təklifləri nəzərə alınıb. 2017-ci il sentyabrın 7-də Oğuz rayonunda ilk dəfə olaraq Şəfa bayramı, noyabrın 18-də isə Zaqatalada Fındıq festivalı keçirilib.

Göyçay rayon Bığır kənd Folklor evinin direktoru Kəmalə İsmayılovanın rayonda hər il ənənəvi olaraq keçirilən Nar festivalına yerlixarici turistlərin cəlb edilməsi ilə bağlı müraciəti müsbət həll olunub, 2017-ci ilin 3-4 noyabr tarixində Göyçayda Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən XII Nar festivalı rəngarəngliyi ilə əvvəlkilərdən xeyli fərqlənib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerlixarici adamlarının, turistlərin - ümumilikdə, 30 minə yaxın insanın iştirak etdiyi möhtəşəm Nar festivalı həmçinin milli adət-ənənələrimizin əyani nümayiş məkanına çevrilib.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, 2017-ci il iyul ayının 1-dən 2018-ci il iyul ayının 1-dək Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən regionlarda yerləşən dövlət rəsm qalereyalarının ekspozisiyalarının yenilənməsi həyat keçirilir.

Həllini tapan məsələlər sırasında Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisində yerləşən Sarıtəpə abidəsinin dövlət qeydiyyatına alınması da var. Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb və abidə Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Qaldırılan məsələlərdən biriİlin ən yaxşı kitabxanası müsabiqəsinin keçirilməsi olub. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında İlin ən yaxşı mərkəzi kitabxanası, İlin ən yaxşı uşaq şöbəsi və İlin ən yaxşı kitabxana filialı nominasiyaları üzrə təşkil olunub.

Bərdə rayon 1 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano müəllimi Gülnur Zamanovanın mədəniyyət və turizm sahəsində qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə digər ölkələrdə hazırlanmış metodiki vəsaitlərin Azərbaycan dilinə tərcümə olunması barədə müraciəti ilə bağlı bildiririk ki, nazirliyin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin nəzdində Beynəlxalq metodiki şuranın yaradılması və metodiki vəsaitlərin şura vasitəsilə tərcüməsi, çapı və mədəniyyət müəssisələrinə paylanılması istiqamətində tədbirlər həyata keçirilir.

Neftçala rayon Mədəniyyət mərkəzinin bədii rəhbəri Zaur Mənəfovun Azərbaycan dilinə dublyaj olunmuş xarici filmlərin rayonda nümayiş etdirilməsi ilə bağlı müraciəti müsbət həll olunub. Ölkəmizin bütün bölgələrində yerləşən 242 mədəniyyət müəssisəsində, o cümlədən, Neftçala rayon Mədəniyyət mərkəzində həftədə üç dəfədən az olmayaraq Azərbaycan filmlərinin nümayişinə başlanılıb.

Şəmkir rayon sakini, Azərbaycan Rəssamlar İttifaqının üzvü, uzun müddət miniatür rəssamlıq sahəsində çalışan rəssam-memar Fərman Hüseynov müraciətində Şəmkirdə miniatür məktəbinin yaradılması ilə əlaqədar təcrübə toplaması və orta əsrlər miniatür nümunələri ilə daha dərindən tanış olmaq məqsədilə ona köməklik göstərilməsini xahiş etmişdi. Bununla əlaqədar F.Hüseynov nazirliyin 14 avqust 2017-ci il tarixli əmrinə əsasən avqustun 28-dən sentyabrın 1-dək İranın Tehran, Təbriz və İsfahan şəhərlərinə ezam olunub. Ezamiyyə müddətində o, İranın bir neçə muzey, tədris ocağı və rəssamlıq emalatxanalarına gedərək, miniatür məktəbinin ənənələri, görkəmli sənət adamları ilə tanış olubona miniatür sənət ilə bağlı albomlar, tədris metodiki vəsaitlər hədiyyə edilib. Daha sonra F.Hüseynov rayonun istedadlı gənc rəssamlarını cəlb edərək Şəmkir Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində Miniatür rəsm və xəttatlıq həvəskar birliyini təşkil edib.

Treninqlər, kurslar keçirilir

Ölkəmizin regionlarında mədəni xidmətlərin keyfiyyətinin daha da artırılması Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Regionlarda fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması, onların xarici dil biliklərinin təkmilləşdirilməsi, eləcə də müasir texnologiyalardan daha səmərəli istifadə etmələri üçün treninqlər və kurslar təşkil edilir.

Qəbullar zamanı vətəndaşların müraciətləri əsasında uğurla gerçəkləşmiş tədbirlər sırasında bölgələrdə incəsənətin ayrı-ayrı sahələri üzrə ustad dərslərinin təşkili, Azərbaycan ədiblərinin oxucularla görüşləri, müxtəlif sahələr üzrə mütəxəssislərin bölgələrə ezam olunması, səyyar treninqlər, sərgilər və digər bu kimi onlarla tədbiri misal göstərmək olar.

Paytaxt sakinlərinin rəğbətini qazanan Açıq kitabxana layihəsinin digər şəhər və rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiq olunması məqsədilə Azərbaycan Milli Kitabxanası tərəfindən metodiki vəsaitlər hazırlanıb və yerlərə göndərilib. Eyni zamanda 2018-ci ildə Milli Kitabxana tərəfindən 15 regional mədəniyyət və turizm idarəsinin tabeliyində olan mərkəzi kitabxanaların işçiləri üçün 3 günlük treninqlərin təşkili planlaşdırılır.

Bu istiqamətdə müsbət həll olunmuş başqa bir çox vətəndaş müraciətlərini də göstərmək olar.

Onu da diqqətə çatdıraq ki, qəbulda olan vətəndaşlar mədəniyyət və turizm sahələrində aparılan quruculuq işlərinə, həmçinin onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ümumiyyətlə, səyyar vətəndaş qəbulları zamanı sakinlər tərəfindən qaldırılmış məsələlərin həlli Mədəniyyət və Turizm Nazirliyinin işində önəmli yer tutur. Bu cür qarşılıqlı ünsiyyət regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkilində də mühüm vasitələrdən birinə çevrilib.

Tahirə Əliyeva

Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının məsul katibi

 

Mədəniyyət.- 2018.- 7 fevral.- S.7.