Mərhum şairin xatirə gecəsi

 

   Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində Ruhulla Axundov adına Mədəniyyət evində Rahib Ələkbəroğlunun 85 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

   Tədbirdə Yazıçılar Birliyinin üzvü Hacı Soltan Əlizadə, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Yazıçılar Birliyi Xəzər bölməsinin sədri Arif Buzovnalı Rahib Ələkbəroğlu ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən söz açıblar.

   Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.2.