İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq

 

   BMT-nin baş qərargahında Bakının “Ekspo 2025” Dünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

  

   Fevralın 7-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Ekspo 2025” Dünya Sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib.  

   Tədbiri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev açaraq ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək baxımından belə bir geniş platformada təqdimatın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

   Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda (BSB) Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakının “Ekspo 2025" sərgisinə ev sahibliyinə namizədliyi barədə təqdimatla çıxış edib. O, Bakının təklif etdiyi mövzunu - “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt mövzularını ətraflı izah edib.

   BMT-yə üzv dövlətlərin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin AvropaAsiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraqEkspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izləyiblər.

   Tədbir haqqında danışan Elçin Əmirbəyov deyib: Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Bu gün burada, BMT-nin baş qərargahında, “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki baş qərargahında Bakının “Ekspo 2025” təklifinin rəsmi təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT-nin üzv dövlətlərinə məlumat vermək imkanından məmnun olduq”.

   “Bakı Ekspo 2025” layihəsinin təqdimatından sonra tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

   Ekspo 2025” sərgisinə Bakının ev sahibliyi ilə bağlı daha ətraflı məlumatı layihənin saytından əldə etmək olar: www.bakuexpo2025.com

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.3.