Ekspo 2025” sərgisinə ev sahibliyi üçün ideal məkan

 

 

   İtaliya portalında Bakı haqqında məqalə dərc olunub

  

   İtaliyanınNotizie Geopoliticheanalitik portalındaAzərbaycan. BakınınEkspo 2025” sərgisi üçün namizədliyiadlı məqalə dərc olunub.

   Tədqiqatçı Corciya Piların müəllifi olduğu məqalədəEkspo 2025” Dünya Sərgisinə Bakının namizədliyi ilə bağlı ötən ilin noyabrında Parisdə bu ilin yanvarında Davosda keçirilmiş təqdimat mərasimlərindən bəhs olunur. Dünya sərgilərinin 160 ildən artıq müddətdə ölkələrin mədəniyyətini sənaye inkişafını qeyd etmək üçün təşkil olunduğunu bildirən müəllif BakınınEkspo 2025”ə ev sahibliyi üçün namizədliyini irəli sürməkdə məqsədlərinin daha geniş olduğunu vurğulayır. Qeyd edir ki, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraqşüarı Azərbaycan hökuməti tərəfindən insan kapitalının inkişafına yardım göstərmək onun qorunmasını təmin etmək üçün Azərbaycanın dövlət qurumlarının səylər göstərdiyini sübut edən ismarışdır.

   Yazıda Avropa Asiya qitələrinin kəsişməsində yerləşən Azərbaycanın həm beynəlxalq iqtisadi, həm mədəni münasibətlərdə strateji rol oynadığı, Bakı şəhərinin zəngin tarixi irsi, möhtəşəm memarlıq üslubuna görə dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazandığı qeyd olunur.

   Müəllif Azərbaycanın təbii gözəlliyə, qonaqpərvərliyə, multikulturaltolerant dəyərlərə malik olan, həmçinin beynəlxalq tədbirlər üçün daha çox seçilən ölkə olduğuna görə “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün ideal məkan olduğunu vurğulayır.

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.3.