“Bu, caz deyil, əsl sevgi musiqisidir

 

 

   Martın 8-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İsrailin tanınmış saksofon ifaçısı Jey Sevenin konserti keçiriləcək.

   Romantik saksofon musiqiləri dünya musiqi incilərindən ibarət “Bu, caz deyil, əsl sevgi musiqisidiradlı proqram 8 mart - Beynəlxalq qadınlar günü münasibətilə xanımlara əsl bayram töhfəsi olacaq. Dünyaca məşhur olan virtuoz ifaçının konsertləri bir çox ölkələrdə səbirsizliklə gözlənilir. Musiqiçi təkcə saksofon alətində deyil, ispan gitarası, fleyta, zərb alətlərində ifaları ilə dinləyiciləri heyran edir.

   Bakıda təqdim ediləcək proqramda dünya estrada ulduzlarının repertuarı klassik əsərlərdən parçalar səsləndiriləcək. Konsertə təşrif buyuranlar S.Vonder, F.Papetti, J.Dassen, E.Morrikone Rəşid Behbudovun repertuarından sevilən mahnıların instrumental versiyalarını da dinləyə biləcəklər.

  

   Lalə

 

Mədəniyyət.- 2018.- 9 fevral.- S.3.